Tacikistanın sonuncu müxalifəti də həbs edilib 

Şokirjon Hakimov. Foto: “rus.ozodi.org”

Hakimovun dostları onun iyulun 16-da anasının dəfnində iştirak edə bilmədiyini bildiriblər

İyulun 12-də Düşənbədə tanınmış hüquqşünas, Tacikistan Sosial Demokrat Partiyası sədrinin birinci müavini Şokirjon Hakimov saxlanılıb.

Bu barədə “Azadlıq” Radiosunun Tacik Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, siyasətçinin qohumları jurnalistlərlə danışmaqdan imtina ediblər:

Lakin məlumatlı mənbə bildirib ki, iyulun 12-də Hakimov Tacikistan Baş Prokurorluğuna dindirilmək üçün çağırılıb və nəzarətə götürülüb. Adının açıqlanmasını istəməyən dövlət qurumlarına yaxın mənbə Şokirjon Hakimovun Demokratlar Partiyasının keçmiş lideri və parlamentin keçmiş üzvü Səidcəfər Usmonzodaya qarşı aparılan istintaq çərçivəsində saxlanılıb”.

Ancaq Şokirjon Hakimovun saxlanılması ilə bağlı rəsmi açıqlama verilməyib. Hakimovun yaxınları bu işdə onun vasitəsilə hər hansı təfərrüatları öyrənmək üçün vəkil tutmaq niyyətindədirlər.

S.Hakimov sosial şəbəkələrin aktiv istifadəçisi idi: “Lakin iyulun 7-dən o, heç bir səhifəsinə daxil olmayıb”.

Hakimovun dostları onun iyulun 16-da anasının dəfnində iştirak edə bilmədiyini bildiriblər.

Tacikistan Sosial Demokrat Partiyası 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkilərini qanunsuz adlandırıb və onları boykot edib. Bundan sonra Rəhmatillo Zoirov qərarını səhhəti ilə əlaqələndirərək partiya sədrliyindən istefa verdiyini açıqlayıb. İndi partiyanın ölkədə nə ofisi var, nə də saytı.

Şokirjon Hakimov hüquq elmləri doktorudur. O, əvvəllər mövcud rejimi tənqid etdiyinə görə universitetlərə və dövlət qurumlarına işə qəbul olunmadığını deyib.

Ana səhifəDünyaTacikistanın sonuncu müxalifəti də həbs edilib