Ötən gün Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma zamanı ölən və yaralananlar olub. Tacikistan təhlükəsizlik rəsmiləri iki dinc sakinin öldürüldüyünü, 10 nəfərin yaralandığını deyir. Qırğızıstanın Səhiyyə Nazirliyi 7 yaralının xəstəxanaya aparıldığını bildirir. Qırğızıstanda atışma ərazisindən minlərlə sakin evakuasiya olunub. Tacikistan mediası əraziyə yaxın yaşayan kəndlilərin köçürüldüyünü xəbər verir. Yanvarın 27-dəki toqquşmalar iki Orta Asiya ölkəsinin zəif demarkasiya olunmuş sərhədində baş verib.
Yayımlandı: 28 Yanvar 2022 20:12
Qısa link: www.mtv.re/az/b/14m6
Ana səhifə ▸ Video ▸ Tacikistan və Qırğızıstan arasında yenə döyüşlər olub, ölənlər var