Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verilib

Foto-kollaj: Meydan TV

Sağ qalan ekipaj üzvləri isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar

Təyyarə qəzasında həlak olan ekipaj üzvləri Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç, Əliyeva Hökumə Cəlil qızına Milli Qəhrəman adı verilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd olunur ki, onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər.

Digər ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Ana səhifəXəbərlərTəyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verilib