Şuşada Mehmandarovların malikanəsi bərpa olunur

Bina sovetlər dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib.

Source: Specify Source


Nazirlik: “Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərən kompleks tamamilə dağldılıb”

Şuşada Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.

Bu barədə məlumatı Mədəniyyət Nazirliyi

yayıb

.

XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanə kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir.

Daha sonralar isə məscidə gedən yolun üstündə bulaq tikilib.

Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-78-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb.

Bina sovetlər dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib.

19 may 1987-ci il tarixindən vaxtilə Mehmandarovlar ailəsinə məxsus olan yaşayış kompleksində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb.

1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyyə olunaraq Bakıya gətirilib.

Bildirilir ki, müharibə dövründə Mehmandarovların malikanə kompleksinə ciddi ziyan dəyib və dağıdılıb. Mülkün böyük yaşayış evi yerləyeksan edilib.

Kiçik yaşayış binası isə ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərirdi. Kompleks ərazisindəki məscid isə ermənilər tərəfindən mənimsənilmiş və Geologiya Muzeyinə çevrilmişdi.

Nazirliyin məlumatında qeyd edilir ki, bərpa-quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun aparılır.

Mehmandarovlar malikanəsində Mehmandarov nəslinin görkəmli nümayəndələrindən biri – Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, həkim, “Difai” təşkilatının Şuşa şöbəsinin sədri, iki oğlu 1937-ci ildə repressiya edilmiş Kərim bəy Mehmandarov yaşayıb.

Ana səhifəMədəniyyətŞuşada Mehmandarovların malikanəsi bərpa olunur