Sürücü: “Parklanma üçün yer təşkil etsinlər sonra cərimələri qaldırsınlar”

Küçədə avtomobilini saxlayan sürücülər artıq ödənişi parklanma işçilərinə yox, dövlətə ödəyəcək. Polis günlərdir qanunsuz hesab olunan parklanma yerləri ilə bağlı reyd keçirir, cərimələr yazır. 

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, razılaşdırılmamış yerlərdə parklanma sistemi qurmaq qanunsuzdur.

“Yol Hərəkəti Haqqında” qanunda dəyişiklik layihəsi hazırlanıb. Dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 2 min manat məbləğində cərimə ediləcək. Layihədə qanunsuz parklanmaya görə sürücülərə tətbiq olunun cərimələrin artırılması da nəzərdə tutulub.

Sürücülər deyir ki, Bakı şəhərində parklanma yerləri yetərli deyil. Avtomobillərini saxlamağa yer tapmadıqda isə cərimələr qaçılmaz olur.

Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə dövlət proqramı qəbul olunub. Ekspert deyir ki, bu proqramla şirkətlərin qabağına parklanma yerinin təşkili şərt olaraq qoyulmalıdır. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, küçə parklanma yerləri məhdud resursdur. Qurumun hazırladığı konsepsiya ilə parklanma yerlərinə olan tələbat nəzərə alınıb.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, ölkədə parklanma yerlərinin dəqiq ünvanları yoxdur.

BNA-nın sözçüsü deyib ki, konsepsiya tam hazır olduqda şəhərin parklanma yerlərinin xəritəsi və ünvanları ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq.

Ana səhifəUncategorized @azSürücü: “Parklanma üçün yer təşkil etsinlər sonra cərimələri qaldırsınlar”