Sürət Hüseynov: İqtidarın siyasəti total fiaskoya uğrayıb

“İlham Əliyev və onun ölkə daxili havadarları unutmasınlar ki, bu təhlükəli anti-Azərbaycan siyasətindən dərhal imtina edib, Azərbaycan xalqına üz tutmasalar, xalqın iradəsini heçə saymağa davam etsələr, aqibətləri acınacaqlı olacaq”.

Source: Foto: arxiv


“ Azərbaycan xalqına üz tutmasalar, xalqın iradəsini heçə saymağa davam etsələr, aqibətləri acınacaqlı olacaq”

1993-1994-cü illərdə Azərbaycanın Baş naziri olmuş Surət Hüseynov bəyanatla çıxış edib.

Bəyanatda 27 illik iqtidarın yeritdiyi siyasətin total fiaskoya uğradığı qeyd olunub:

“Qarabağ məsələsində yürüdülən təslimçilik siyasəti; xalqımızın iradəsi ilə seçilməyən iqtidarın kənar böyük güclərə sığınıb, yalnız kreslosunu düşünməsi; korrupsiya, talançılıq, əxlaqı dəyərlərin məqsədli şəkildə yox edilməsi; demokratik seçki mühitinin tamamilə yox edilməsi və total saxtakarlığın dövlət idarəetmə metoduna çevrilməsi; Azərbaycan əhalisini mənfur polis rejimi basqısı altında hüquqsuz, yoxsul qula çevirmək praktikası, nəticə etibarı ilə ölkəmizi beynəlxalq aləmdə biabır edir, Azərbaycan vətəndaşlarının gələcəyini zərbə altında qoyur, dövlətimizi məhvə aparır”.

“İlham Əliyev və onun ölkə daxili havadarları unutmasınlar ki, bu təhlükəli anti-Azərbaycan siyasətindən dərhal imtina edib, Azərbaycan xalqına üz tutmasalar, xalqın iradəsini heçə saymağa davam etsələr, aqibətləri acınacaqlı olacaq. Tarixdə vətənin, xalqın xain düşmənləri kimi lənətlənəcəklər!”

Surət Hüseynov 1993-cü ildə Baş nazirinin müavini (1993), Prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri olub.

O, 1993-cü ilin 4 iyun tarixində Gəncədə hərbi qiyam edərək AXC hakimiyyətini devirməkdə ittiham olunur. Bundan sonra Surət Hüseynov Milli Məclisin sədri Heydər Əliyevin təqdimatı ilə Baş nazir təyin edilib.

1994-cü ilin 4 oktyabr hadisələrindən 10 gün sonra, oktyabrın 14-də Milli Məclis Surət Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Ancaq o, ölkəni tərk edir.

Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Ana səhifəSiyasətSürət Hüseynov: İqtidarın siyasəti total fiaskoya uğrayıb