“Surət Hüseynov Əli Kərimli ilə İsa Qəmbəri asacaqdı, Heydər Əliyev xilas etdi”

İsa Qəmbərlə əlaqə yaratmaq mümkün olmayıb.

Foto: Prezident.az


“O zaman Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaq. Onları ümummilli lider Heydər Əliyev xilas etdi”.

Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, vaxtilə Surət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunur, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar:

”Həmin vaxt dövlət katibi olan Əli Kərimli qaçıb iki il Kələkidə gizləndi. Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb, özlərini demokrat adlandırır. Bu məsələni bugünkü gənclərin diqqətinə çatdırmaq lazımdır. Bu insanlar tarixi saxtalaşdırmaqla məşğuldurlar. Heydər Əliyevin o zamankı fəaliyyətini yanlış istiqamətdə təqdim etməyə çalışırlar. Biz tarixi həqiqətləri düzgün çatdırmalıyıq”.

Parlamentin I Vitse-spikeri Əli Hüseynli də həmkarının fikirlərini dəstəkləyib.

O qeyd edib ki, son günlər 1993-cü ilin 4 iyun hadisələri ilə bağlı fərqli fikirlər səsləndirilir və həmin vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdləri müşahidə edirlir:

“Tarixi həqiqət ondan ibarətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışan qüvvələr eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib”.

4 iyun 19932-cü ildə Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.

“Gəncə hadisələri” və “4 iyun qiyamı” kimi tarixə düşən hadisə Azərbaycanda Elçibəy hakimiyyətinin başa çatması ilə nəticələnib.

Əli Kərimli Meydan TV-yə Siyavuş Novruzovun fikirlərini şərh etmək istəmədiyini deyib. İsa Qəmbərlə əlaqə yaratmaq mümkün olmayıb.

Ana səhifəSiyasət“Surət Hüseynov Əli Kərimli ilə İsa Qəmbəri asacaqdı, Heydər Əliyev xilas etdi”