Sülhməramlı rota komandiri: Şübhəsiz, bir xristian kimi ermənilərin dərdinə şərikəm

“Məhz erməni tərəfinə nə qədər rəğbət bəsləsək də, sülhü pozan istənilən cəhdin qarşısını alacağıq”

Source: fdsaf

“Məhz erməni tərəfinə nə qədər rəğbət bəsləsək də, sülhü pozan istənilən cəhdin qarşısını alacağıq”

Noyabrın 25-i, çərşənbə axşamı “Dağlıq Qarabağ Respublikası”nın Şaumyan rayonu Azərbaycanın Kəlbəcər rayonu olacaq. Bu proses mədəni-dini amillə ciddi şəkildə

mürəkkəbləşib

: orada ermənilər üçün müqəddəs olan Dadivank monastırı yerləşir – rəvayətə görə, həmin monastırda həvari Faddeyin şagirdi Dadinin nəşi var. Baş keşiş Ovanes ata monastırdan getməkdən qəti şəkildə imtina edib. Nəticədə Rusiya orada ayrıca sülhməramlı rotası yerləşdirib. Rota komandiri “Ъ”–ın müxbiri Aleksandr Çyornıya müsahibə verib. Zabit söhbətin əvvəlində qeyd edib ki, rəhbərliyin icazəsi olmadan KİV-də öz adını və rütbəsini dərc edə bilməz.

— Qrupunuz, dəstəniz – heç bilmirəm onu düzgün necə adlandırım – neçə vaxtdır ki, buradadır. Və qarşınıza hansı vəzifələr qoyulub?

— Hesab edək ki, bu, Rusiya Federasiyası sülməramlılar qüvvəsinin tərkibinə daxil olan bölmədir. Noyabrın 14-dən buradayıq. Xidmətimizi keçirik, məişətlə məşğul oluruq. Monastırın ətrafında əsas nöqtələrdə müşahidə məntəqələri qurmuşuq. Vəzifəmiz ilk növbədə dağıntılara, qarətlərə, barbarlıq aktlarına və provokasiyalara yol verməməkdir. Fərq etməz, erməni və ya azərbaycanlılar tərəfindən. Bizim mövqeyimiz neytraldır.

— Siz Azərbaycan tərəfi ilə əlaqədəsiniz?

— Bura ərazilərin təhvil verilməsi üçün Azərbaycan administrasiyasının nümayəndələri gələcək. Əgər burada erməni sakinlər qalarsa, bizim vəzifəmiz onlara kömək etmək və 1992, 1994-cü illərdə baş verənlərə yol verməməkdir.

— Yəni ermənilər, hər şeyə rəğmən, burada qala bilərlər?

— Razılaşmaya görə, onların buna tam haqqı var. Qanun hər kəs üçün eyni olacaq. Düzünə qalsa, sakinlərdən kiminsə qalacağına şübhə edirəm. Amma əgər belə bir şey baş verərsə, bizim vəzifəmiz onların haqlarının pozulmasına imkan verməməkdir. Ən azından əgər bunlar yolverilməz faktlar – hərbi cinayətlər və s. olarsa. Xırda münaqişələrisə, açığı, biz sadəcə sezməyə bilərik. Bu, standart sülhməramlı fəaliyyətdir. Əslində bizim öhdəliyimiz elə bundan ibarətdir.

— Dadivankı nə gözləyir? Belə çıxır ki, ətrafda Azərbaycan olacaq – burada isə balaca erməni anklavı. Məsələn, ermənilər bura ziyarətə gələ biləcəklərmi?

— İndi söyləyəcəyim son dərəcə şəxsi fikirdir və ola bilsin ki, komandanlığın mövqeyindən fərqlənir. Ziyarətgah istənilən halda qorunmalıdır. Və ora zəvvarların gələ bilməsi təmin olunmalıdır. Bunu necə reallaşdırmaq danışırlarda yüksək rütbəlilərin vəzifəsidir. Amma mənə məlum olduğuna görə, baş keşiş Ovanes ata da bizə eyni cür məlumat verib – monastırın ziyarət olunması, burada ayinlərin keşirilməsi məsələsi artıq müsbət yöndə çözülüb. Bunun necə gerçəkləşdirilməsinin artıq yaxın zamanlarda şahidi olacağıq. Rayon yenə də Azərbaycanın nəzarəti altına keçsə, mən hər şeyin mədəni şəkildə həll olunacağına inanıram. Buna çox inanıram.

— Sizdə burada hər şey qaydasındadır? Yerli əhali ilə münasibət, təchizat məsələləri?

— Ətrafa göz gəzdirsəniz, özünüz görərsiniz – bizdə burada hər şey yoluna düşür, həm əlaqə, həm də məişət. Daha çox deyim – biz heç təsəvvürümüzə belə gətirə bilməzdik ki, hər şeydə dəstək olan adamların arasına düşəcəyik. Tamamilə bütün məsələlərdə. Təcrübəmdə belə bir şeylə rastlaşmamışdım.

— Yəni burada müharibənin nəticələrinə görə sizə acıqlı deyilllər? Qarabağın digər rayonlarında belə bir iddialar eşitmişəm: “Türkiyə hər şeydə Azərbaycana kömək etdi, Rusiya isə gözləmə mövqeyi tutdu və həddən artıq gec gəldi”. Siz neqativ münasibət hiss etmirsiniz?

— Bilirsiniz, biz bura gələndə mən özüm üçün dəqiq cızmışdım: biz xristianları qorumağa gəlmişik. Və bütün bu günlər ərzində ermənilərdən bir dənə də mənfi söz eşitmədik. Bu da mənim üçün kəşf oldu. Kiminsə belə deyəcəyini gözləyirdim: “Bizi bada verdiniz, niyə əvvəl burada deyildiniz…”Erməni tərəfinin nümayəndələri də bizə xəbərdarlıq etmişdilər ki, burada adamların emosiyaları tavandadır. Aydındır ki, kimsə bu günlər ərzində böyük faciə yaşayıb – kimsə indi də yaşamağa davam edir. Mən şəxsən bunu başa düşürəm. Amma sizə hər şeyi olduğu kimi deyirəm – hələ heç kəs bizə qarşı aqressiya nümayiş etdirməyib. Qətiyyən heç kəs.

Məlum razılaşmaya görə, qarşıda beş illik müddətin olması başqa məsələdir. Amma mən təkrar edirəm: bölməmizin əsas vəzifəsi monastırı müşahidə etmək və zərurət yarandıqda onu qorumaqdır. Təkcə YUNESKO-nun dünya mədəni irsinin obyekti kimi deyil, həm də xristian ziyarətgahı kimi. Burada ruhanilər ayinlər keçirir və bura yəqin ki zəvvarlar gələcək. Özünüz başa düşürsünüz, ərazilərin təhvil verilməsi kontekstində burada bizim işimiz çox mühümdür. Yerli əhali bizə necə münasibət bəsləyəcək – əminəm ki, müsbət. Amma indi bir daha qeyd edirəm ki, bizim mövqeyimiz tamamilə neytraldır. DFoto: Anatoli Jdanov, Kommersant

ezgif.com-webp-to-jpg (14).jpg
Dadivank monastır kompleksinin yanında Rusiya sülhməramlı qüvvələrin müşahidə məntəqəsi.

— Heç bilmirəm bunu soruşmaq nə qədər düzgündür, lakin vəziyyət məcbur edir. Bölmənizin hərbçiləri yalnız xristianlardır? Yoxsa rusiyalı müsəlmanlar da var?

— Burada müsəlmanlar da, dünyəvi vətəndaşlar da, belə demək olarsa, ateistlər də var. Bölmədə təkcə ruslar deyil, müxtəlif millətlərin nümayəndələri xidmət edir. Bu, tamamilə normal haldır. Üstəlik biz rus ordusunda belə hesab edirik ki, belə bir müxtəliflik qüvvələrimizin əsas amillərindən biridir. Təcrübəm deyir ki, bununla bağlı hələ heç bir problem yaşamamışıq – məsələn, nə Suriya Respublikasında, nə də burada.

— Amma bu cür əsgərlərlə hər hansı bir əlavə söhbət, təlimat olubmu? Bir yerdə ki müsəlmanlar xristianları qorumalı olur.

— Mənim tərəfimdən bu cür söhbət olmayıb. Amma burada xüsusi heç nə yoxdur. İstənilən komandir haradasa öz rotasının tərbiyəçisidir. Hərçənd mənim kontingentim əsas etibarı ilə yetkin kişilərdir. Bir çoxu dəfələrlə qaynar nöqtələr, hərbi əməliyyatlar zonasında olub. Amma elələri də var ki, sözün hərfi mənasında məktəb partasından durub bura gəlib.

— Hə, mən yol kənarındakı postda lap gənc adamlar gördüm.

— Deməli, özünüz əmin oldunuz ki, kontingent müxtəlifdir. Və mən şəxsən təlimatlandırıram. Bütün hərbi xidmətçilərimiz dinlə bağlı incə məqamları anlamalıdırlar. Onlar erməni-azərbaycanlı münaqişəsinin əvvəlini, onun tarixini bilməlidirlər. Sülhməramlılar kiminsə tərəfini tutmamalıdırlar, bir xalqa o qədər mərhəmət göstərməməlidirlər ki, digərinə buna görə mənfi münasibət bəsləsinlər. Onlara bunu da başa salmışam, bu, mənim öhdəliyimdir.

Odur ki, bizim münaqişə tərəflərinə olan münasibətimiz bilmək istəyirsinizsə… Belə deyim.

Məhz erməni tərəfinə nə qədər rəğbət bəsləsək də, – niyəsini özünüz başa düşürsünüz, səbəbini, zənnimcə, izah etməyə lüzum yoxdur, – bununla belə, sülhü pozan istənilən cəhdin qarşısını alacağıq. İstənilən tərəfdən. Burada bizim adamlarımız neytral olmalıdırlar.

Axı biz Sovet İttifaqında birgə necə yaşadığımızı unutmamışıq – o zaman ruslar da, ermənilər də, azərbaycanlılar da yan-yana ümumi düşmənə, qorxulu düşmənə qarşı vuruşub. Və bu, yeri gəlmişkən, həmçinin əhəmiyyətli tərbiyəvi məqamdır.

Biz bu ümumi keçmişi xatırlayırıq, odur ki, buradakı mövqeyimiz neytraldır. Dində, millətdən, hansısa mədəni özəllikdən asılı olmayaraq.

Ümumilikdə mən, şübhəsiz ki bir xristian kimi ermənilərin dərdinə şərikəm… Bu, mənim son dərəcə şəxsi mövqeyimdir – mən xristianam, bölmədə də çoxluq xristiandır. Əlbəttə ki, biz bu adamların dərdinə şərikik. Düşünürəm ki, hamı bunu başa düşəcək. Gerçəkdən onların başına böyük müsibət gəlib. Amma xırda da olsa bir sevincləri var – biz buradayıq.

Ana səhifəSosialSülhməramlı rota komandiri: Şübhəsiz, bir xristian kimi ermənilərin dərdinə şərikəm