Ştefan Füle Rəsul Cəfərovun həbsindən narahatdır

Komissar bəyanatında bildirir ki, hakimiyyət məqsədyönlü şəkildə vətəndaş cəmiyyətini məhdudlaşdırması təəssüratını yaradır

Source:


Komissar bəyanatında bildirir ki, hakimiyyət  məqsədyönlü şəkildə  vətəndaş cəmiyyətini məhdudlaşdırması təəssüratını yaradır

Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Ştefan Füle hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən narahatlığını bildirib.

Komissarın bəyanatında xatırladılır ki, R. Cəfərovun həbsi tanınmış hüquq müdafiəçisi Leyla Yunusun  həbsindən  sonra baş verib: “Rəsul Cəfərovun həbsi  Azərbaycan hakimiyyətinin  məqsədyönlü şəkildə  vətəndaş cəmiyyətini məhdudlaşdırması təəssüratını yaradır”.

“Biz regionda təhlükəsizliklə bağlı  narahatlığımızı  avqustun 3-də Dağlıq Qarabağla bağlı bəyanatımızda qeyd etmişik. Biz əminik ki, xüsusilə münaqişə dövründə vətəndaş cəmiyyəti  insan azadlıqlarının təminatında  mühüm rol oynayır” – deyə Ştefan Füle bildirib.

O, Azərbaycan hökumətini beynəlxalq standartlara uyğun olaraq vətəndaş cəmiyyəti ilə bağlı siyasətinə yenidən baxmağa çağırıb.

Ana səhifəXəbərlərŞtefan Füle Rəsul Cəfərovun həbsindən narahatdır