“Şirkət rəhbərliyi
v
ə
t
ə
nda
ş
lar
ı
n etibar
ı
ndan
sui-istifad
ə
ed
ə
r
ə
k d
ə
l
ə
duzluq yolu il
ə
onlara m
ə
xsus k
ü
lli miqdarda
ə
mlak
ı
ə
l
ə
ke
ç
irm
ə
k ist
ə
yib”.
Baş Prokurorluq “Des Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinə qarşı CM-in 178.3.2 maddəsi ilə cinayət işi başlandığı barədə məlumat yayıb.
Şirkət iyulun 15-də “Sovetski” sakinlərinin mənzil problemini həll etmək üçün 16 mərtəbəli, 810 mənzilli bina tikintisi layihəsi hazırladığı barədə cəmiyyətə məlumat vermişdi.
Cinayət işi bir gün sonra, iyulun 16-da Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılıb. Prokurorluq və polis idarəsinin birgə məlumatında deyilir ki, vəzifəli şəxslər vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək istəyib. Şirkətin bu fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi də müəyyən edilib.
Maraqlıdır ki, şirkət tikinti işlərini öz vəsaiti ilə həyata keçirəcəyini iddia etməyib: bunun üçün tender yolu ilə hündür binalar tikməyə lisenziyası olan “Həyat İnşaat” şirkətini cəlb edib. “Des Consulting”in vəzifəli şəxsləri ilk izahatlarını veriblər. Onlara əsasən, binanın tikilməsinin layihə qiyməti 17 mln manat olub. 1 m
2
mənzil “Sovetski” sakinlərinə 380 manata təklif edilməli idi.
Turan İA