Mayın 25-dən 31-dək UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Həmin tarixlərdə ölkəyə turist axını olacağından şəhərin mərkəzi küçələrində vətəndaşların sıx hərəkətinə məhdudiyyətlər qoyulacağı danışılır. Bəs bu günlərin birinə təsadüf edən 28 may Respublika Günü necə qeyd olunacaq? REAL Partiyası məlumat yayıb ki, polis onlara xəbərdalıq edərək “İstiqlal” abidəsini kütləvi ziyarətə icazə verilməyəcəyini deyib. Vətəndaşlardan soruşduq ki, Respublika Gününün şəhərin mərkəzində keçirilməsinə qoyulan məhdudiyyətlərə münasibətləri necədir.