9-cu sinif şagirdlərinin 40.14 faizi “Ana dili”ndən, 40.25 faizi “Riyaziyyat”dan, 11-ci sinif şagirdlərinin isə 32.43 faizi “Ana dili”ndən, 35.03 faizi “Riyaziyyat”dan “2” alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 16-da keçirilən sonuncu buraxılış imtahanlarında şagirdlərin aldığı qiymətlərin statistikası açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən
APA
-ya verilən məlumata görə, 9-cu sinif şagirdlərinin 40.14 faizi “Ana dili”ndən “2”, 40.25 faizi “Riyaziyyat”dan “2”, 41.08 faizi “Ana dili”ndən “3”, 37.11 faizi “Riyaziyyat”dan “3”, 12.85 faizi “Ana dili”ndən “4”, 15.44 faizi “Riyaziyyat”dan “4”, 5.93 faizi “Ana dili”ndən “5”, 7.20 faizi isə Riyaziyyatdan “5” alıb.
11-ci sinif şagirdlərinin 32.43 faizi “Ana dili”ndən, 35.03 faizi “Riyaziyyat”dan, 29.20 faizi “Xarici dil”dən, 23.23 faizi “Kimya”dan “2” alıb. Şagirdlərin 36.81 faizinin biliyi “Ana dili”ndən “3”, 32.50 faizi “Riyaziyyat”dan “3”, 50.62 faizi “Xarici dil”dən “3”, 60.24 faizi “Kimya”dan “3”-lə qiymətləndirilib.
Onların 19.56 faizi “Ana dili”ndən “4”, 22.66 faizi “Riyaziyyat”dan “4”, 12.61 faizi “Xarici dil”dən “4”, 12.60 faizi “Kimya”dan “4” alıb.
Şagirdlərin 11.20 faizi “Ana dili”ndən, 9.81 faizi “Riyaziyyat”dan, 7.57 faizi “Xarici dil”dən, 3.94 faizi isə “Kimya”dan “5” ala bilib.