Son sutkada Azərbaycanda 2254 nəfər virusa yoluxub

“Hazırda aktiv xəstə sayı 49318 nəfərdir”.

Foto: Meydan.TV


Analiz nümunələri müsbət çıxan 35 xəstə vəfat edib

Avqustun 9-da Azərbaycanda 2 254 adam COVID-19 infeksiyasına yoluxub, 3 655 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 35 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 452 536 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 49318 nəfərdir".

O cümlədən, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 753, ötən müddətdə isə 4 608 573 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqSon sutkada Azərbaycanda 2254 nəfər virusa yoluxub