Son 6 ayda 38 hərbiçi dünyasını dəyişib

Onlardan 23 nəfəri qeyri-döyüş itkisidir

Source:


Onlardan 23 nəfəri qeyri-döyüş itkisidir

2015-ci ilin 6 ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 38 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 15-i döyüş (14-ü erməni gülləsi, bir nəfəri mina partlayışı), 23 nəfəri isə qeyri-döyüş itkiləridir.

Bu barədə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) məlumat yayıb. Təşkilat məlumatları  Azərbaycanın kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində apardığı monitorinqin nəticələri əsasında hazırlayıb.

Məlumatda bildirilir ki, 7 nəfər intihar edib, 6 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 4 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 1 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 32-si Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Fövqəladə Hallar Nazirliyinin və 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

Ötən dövrdə 7 hərbi qulluqçu bu və ya digər səbəblərdən xəsarət alıb. 4 hərbi qulluqçu erməni gülləsindən, bir nəfər mina partlayışından, bir nəfər qeyri-nizamnamə hadisələrindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan hərbi hissələrdə xidmət edirlər.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, ötən illərlə müqayisədə Azərbaycan ordusunun döyüş və qeyri-döyüş itkiləri kəskin artıb. İnstitut Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin sayının reallıqda daha artıq ola biləcəyini istisna etmir.

Ana səhifəXəbərlərSon 6 ayda 38 hərbiçi dünyasını dəyişib