İlham Əliyev

Mənbə: Foto: arxiv

Başlıq: İlham Əliyev

Siyasi məhbusun yaxınları İlham Əliyevə müraciət ediblər

Məqalə yeniləndi:  10 Aprel 2020

Həbs müddətinin bitməsinə 3 ay qalan məhbus anası ilə vidalaşmaq istəyir

2007-ci ildə siyasi motivlərlə 13.6 il azadlıqdan məhrum olunan Cahangir Kərimovun yaxınları Prezident İlham Əliyevə müraciət ediblər. Onlar azad olunmasına 3 ay qalmış Cahangir Kərimovun onkoloji xəstə olan anası ilə görüşməsinə dövlət başçısından kömək istəyiblər.

Bu barədə Meydan TV-yə Cahangir Kərimovun yaxınları danışıb.

Onlar xatırladıb ki, Cahangir Kərimov 3 il əvvəl atası vəfat edəndə də, dəfnə buraxılmamışdı:

“İndi anasının durumu ağırdır, heç olmasa vidalaşmaya buraxsınlar. Evin tək oğludur, bacısı da ailəlidir. Onsuz da 3 ay sonra həbs müddəti bitəcək”.

C.Kərimov 2007-ci ildə MTN-nin “Səidin dəstəsi” əməliyyatı nəticəsində həbs olunaraq Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq 14 il arası azadlıqdan məhrum edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nzuxyq

Ən çox baxılan