Sirac Kərimliyə “vəkili” vasitəsilə təzyiq edilib

“Təqsirləndirilən şəxs həbslə razı olmadığı halda həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verməyib”

Source:


“Təqsirləndirilən şəxs həbslə razı olmadığı halda həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verməyib”

Müsavat Partiyasının hüquqşünası Elman Fəttah bir həftə əvvəl həbs olunan müsavatçı Fərəc Kərimlinin qardaşı Sirac Kərimliyə təzyiqlər olduğunu bildirib.

Elman Fəttah bu barədə Facebook statusunda yazıb.

Elman Fəttahın sözlərinə görə, həbs zamanı Sirac Kərimlinin dövlət hesabına təyin edilmiş “vəkil”i Mehman Əliyev Kərimli ailəsini məlumatlandırmayıb. “Saxlanılan şəxsin dərhal yaxınlarına məlumat verilməsi hüququnun təmin edilməsi” haqda

müstəntiq qarşısında tələblə çıxış etməyib və Sirac Kərimlinin bu hüququnun təmin edilməməsinə “göz yumub”. Təqsirləndirilən şəxs həbslə razı olmadığı halda həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verməyib”.

Elman Fəttah bildirib ki, Sirac Kərimli öz vəkili Nemət Kərimli ilə görüşdükdən sonra həmin şəxsin formal vəkilliyindən imtina edib: “Ancaq müstəntiqin ərizəni qəbul edib-etməməsini bilmirik. Nəhayət, bu “zorən vəkil” Kürdəxanı təcridxanasında Sirac Kərimli ilə qanunsuz olaraq görüşərək (onun xidmətindən imtina edən şəxslə) ondan vəkili Nemət Kərimlidən imtina etməsini istəyib və bunun müqabilində azad olunacağını vəd edib.

Ana səhifəXəbərlərSirac Kərimliyə “vəkili” vasitəsilə təzyiq edilib