O, Konstitusiyanın ilk 4 maddəsinin dəyişdirilməməsini tələb edir
14 may seçkilərində 5.17 faiz səs toplayan “ATA İttifaqı”nın namizədi Sinan Oğanın ikinci turda dəstəkləyəcəyi namizəd üçün 6 şərt irəli sürüb.
Bu barədə Zəfər Partiyasının yaydığı açıqlamada bildirilir.
Şərtlərdə qeyd olunur ki, Konstitusiyanın ilk 4 maddəsi dəyişməyəcək:
“Güzəştsiz olaraq “FETÖ” və PKK ilə mübarizə aparılacaq. Təriqət və camaatların (dini icmalar) bürokratiyadakı hakimiyyətlərinə son qoyulacaq. Miqrantların 1 il ərzində ölkəsinə dönməsi təmin ediləcək”.
Eyni zamanda, daxili işlər, müdafiə və təhsil nazirliklərinin “ATA İttifaqı” və Zəfər Partiyasına həvalə edilməsi də şərtlər sırasındadır.
Konstitusiyanın birinci maddəsində qeyd olunur ki, Türkiyə dövləti Cümhuriyyətdir.
İkinci maddədə bildirilir ki, Türkiyə Cümhuriyyəti, toplumun rahatlığı, milli dayanışma və ədalət anlayışı içində, insan hüquqlarına hörmət, Atatürk milliyyətçiliyinə bağlılıq, demokratik, laik və sosial bir huquq dövlətidir.
Üçüncü maddədə vurğulanır ki, Türkiyə dövləti, ölkəsi və millətiylə bölünməz bir bütündür. Dili türkçədir. Bayrağı, şəkli qanunda göstərilən bəyaz ay-ulduzlu al bayraqdır. Milli marşı “İstiqlal Marşı”dır. Paytaxtı Ankaradır.
Dördüncü maddə isə əvvəlki 3 maddənin dəyişdirilməzliyini ehtiva edir.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib.
Türkiyə Yüksək Seçki Qurumunun (YSK) rəhbəri Ahmet Yener namizədlərin 50+1 səs toplamadığından seçkilərin ikinci tura qaldığını bəyan edib.
O, seçkilərin ikinci turunun mayın 28-də keçiriləcəyini açıqlayıb.