‘Biz onlara azadlıq verdik ki, ölkələrindəki turizmin necə görünə biləcəyi haqqında xəyal etsinlər’, bunu Britaniyanın
Guardian
-na Nik Bonner -Şimali Koreyaya memarlıq turları təşkil edən kurator- danışır. Bonnerin təşəbbüsü ilə, Şimali Koreyadan gələn memarlıq rəsmləri, Venesiyada keçirilən Memarlıq Biennalesindəki Şimali Koreya pavilyonunda (hansı ki, Qızıl Şir -ən yaxşı pavilyon- mükafatına layiq görülüb) yer alıb.
‘Biz onlardan xahiş etdik ki çılğınlıq etsinlər. Görmək istədik ki, onlara məhdudiyyət qoyulmasa nələr yaratmağa qadirdirlər.’
Yüksəklikdə, təbiətlə əhatə olunmuş hotel. Koreyalı memarlar ölkələrindəki turizmin gələcəyini bu cür xəyal edirlər, təbii ki hal-hazırki diktatura rejimini nəzərə almadan.
Hotel otağı və interyeri.
Dağlarda turizm körpüsü. Buludlar üzərində gəzinti.
Gələcək turizminin növbəti memarlıq dizaynı. Bu layihə, digərlərinə nisbətən daha çox reallığa uyğun dizayn olunub.
Şimali Koreyanın cəmiyyət quruluşunu əks etdirən yaşayış binası. Bina sakinləri öz balkonlarından çölə yox, yalnız bir-birilərinə baxa bilirlər.
Bu layihələr Nik Bonnerin sifarişi və kuratorluğu ilə hazırlanıb. Bu proses 4 il davam edib.
Çay qırağında villa.
Fotolar: Koryo Group