Şimali Koreyanın xarici işlər naziri Ri Yong-ho deyib ki, tarixi fürsət əldən verildi
Şimali Koreya hökuməti ABŞ prezidenti Donald Trampın Hanoydakı müvəffəqiyyətsizliyə uğramış zirvə görüşü zamanı Şimali Koreyanın bütün sanksiyaların aradan qaldırılmasını tələb etdiyi iddiasını təkzib edib, – BBC xəbər verir.
Şimali Koreyanın xarici işlər naziri Ri Yong-ho Tramp və Şimali Koreya lideri Kim Jong-un arasında razılaşma olmadan zirvənin bitməsinin ardından açıqlama verıb.
O bildirib ki, Şimali Koreya ölkənin əsas nüvə kompleksini zərərsizləşdirməyin əvəzinə sanksiyaların qismən aradan qaldırılmasını xahiş edib.
ABŞ belə bir vəziyyətin olmadığını təkid edir.
Danışıqlar uğursuzluğa uğradıqdan sonra Tramp Kimin Şimali Koreyanın nüvə proqramının qəlbində olan Yongbyon kompleksinin tədqiqat və istehsal qurğusunun hamısını dağıtmaq kimi önəmli təklif verdiyini demişdi.
Amma qarşılığında Kim bütün sanksiyaların qaldırılmasını istədiyini və ABŞ-ın bu təklifi qəbul etməyə hazır olmadığını söyləmişdi Tramp.
Cümə axşamı zirvəsindən sonra gecə keçirdiyi mətbuat konfransında Ri ölkəsinin ABŞ müşahidəçilərinin gözü altında Yongbyonun tamamilə dayandırılması da daxil olmaqla, "realist" təkliflər etdiyini söyləyib.
"Bu təklif Şimali Koreya ilə ABŞ arasındakı mövcud etimad səviyyəsini nəzərə alaraq indiki mərhələdə bizim götürə biləcəyimiz ən böyük nüvəsizləşdirmə tədbiri idi," – o deyib.
Buna baxmayaraq, Ri deyib ki, Şimali Koreya "sivil iqtisadiyyata və xalqımızın həyatına mane olan" sanksiyaların yalnız qismən qaldırılmasını istəmişdi.
O, müxbirlərə bildirib ki, Pyongyang da nüvə və uzunmüddətli raket sınaqlarının dayandırılmasını təklif edib. Ri əlavə edib ki, Hanoy zirvəsi kimi bir fürsəti bir də görmək çətin mümkün olsun:
"Bizim əsas prinsipimiz dəyişməz qalacaq və təkliflərimiz heç vaxt dəyişməyəcək, hətta Birləşmiş Ştatlar gələcəkdə danışıqları yenidən təklif etsə də".