Şimali Koreya ABŞ-la keçirilmiş zirvə görüşündə iştirak edən rəsmini edam edib

O, digər dörd Xarici İşlər Nazirliyinin rəsmisilə birlikdə ABŞ-a casusluq etməkdə ittiham olunub

Source: Meydan Tv


O, digər dörd Xarici İşlər Nazirliyinin rəsmisilə birlikdə ABŞ-a casusluq etməkdə ittiham olunub

Şimali Koreya ölkənin lideri Kim Jong Un ilə ABŞ prezidenti Donald Tramp arasında baş vermiş zirvə müzakirələrinə rəhbərlik edən səlahiyyətlilərdən olan Şimali Koreyanın ABŞ-dakı nüvə nümayəndəsini edam edib, – “Reuters” xəbər verir.

Cənubi Koreya qəzetinə istinad edən “Reuters” bildirir ki, Kim Hyok Chol mart ayında Pyongyang-da Mirim hava limanında edam edilib. O, digər dörd Xarici İşlər Nazirliyinin rəsmisiylə birlikdə ABŞ-a casusluq etməkdə ittiham edilirdi, – “Chosun İlbo” qəzeti gizli saxlanılan mənbəyə istinadən məlumat verib.

"O, ABŞ-ın niyyətlərini düzgün qiymətləndirməyərək, müzakirələri zəif təqdim etdiyi üçün ABŞ-a casusluq etməkdə ittiham olunurdu," – mənbə qeyd edir.

Trampla Şimali Koreya lideri arasında son zirvə görüşü fevral ayında Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilib. Görüş heç bir saziş imzalanmadan sonlanıb. Səbəb olaraq ABŞ-ın Koreya yarımadasının nüvəsizləşdirilməsi tələbi və Şimali Koreyanın sanksiyaların qaldırılması tələbi olub.

“Reuters” müstəqil olaraq xəbəri təsdiq edə bilməyib. Öncələr də təmizləmə siyasətinin tərkib hissəsi olaraq Şimali Koreyada rəsmilər edam edilib.

Ana səhifəDünyaŞimali Koreya ABŞ-la keçirilmiş zirvə görüşündə iştirak edən rəsmini edam edib