“Seymur orta məktəbdən heç kimə əl qaldırmayıb”(VİDEO)

30 avqustda Abşeron rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyev barədə 2 aylıq həbs-qətimkan tədbiri seçib. Jurnalistin vəkili Elton Quliyev Meydan TV-yə deyib ki, S. Həziyev məhkəmədəki çıxışında ona hücum edən şəxsi tanımadığını bildirib. “Seymur dedi ki, Məhərrəm Həsənovun özü ona əl –qol atıb, o da özünü müdafiə edib. Özünü təqsirli bilmədiyini dedi”.

Jurnalist əlavə edib ki, bu həbs onun ictimai və siyasi fəaliyyəti ilə bağlıdır. Seymur Həziyev 2 aylıq həbs-qətimkan tədbirini Bakı İstintaq Təcridxanasında keçirəcək.

 Jurnalistə qarşı Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsinin 3-cü bəndi ilə cinayət işi açılıb. (221.3. Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə)

Ana səhifəVideo“Seymur orta məktəbdən heç kimə əl qaldırmayıb”(VİDEO)