Seymur Həzisiz məhkəmə hökmü (VİDEO)

12 sentyabrda  Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist Seymur Həziyə qarşı seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb. Jurnalist məhkəməyə gətirilməyib. Vəkil Elton Quliyev Seymur Həzinin məhkəməyə gətirilməsi ilə bağlı vəsatət versə də, hakim Hüseyn Nəbiyev vəsatəti təmin etməyib.

Hakim Abşeron rayon Məhkəməsinin Seymur Həziyə qarşı seçdiyi  2 aylıq həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Seymur Həzi “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvüdür. O, silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Jurnalist ittihamı qəbul etmir və həbsini fəaliyyəti ilə bağlayır.

Ana səhifəVideoSeymur Həzisiz məhkəmə hökmü (VİDEO)