Səudiyyə şəhzadəsi: Qaşıqçının qətli mənim nəzarətimdə olub

“Bütün məsuliyyəti öz üzərimə götürürəm”

Source:

Səudiyyə Ərəbistanının şahzadəsi keçən il öldürülmüş jurnalist Camal Qaşıqçının ölümündə məsuliyyət daşıdığını söyləyib.

“Çünkü hadisə mənim nəzarətimdə baş verib,” gələn həftə yayımlanacaq PBS sənədli filmində qeyd edilir, “Reuters” xəbər verir.

“Al Jazeera” deyir ki, krallığın de-fakto rəhbəri olan Məhəmməd bin Salman (MBS), Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun içində baş vermiş qətl barədə ictimaiyyətə açıqlama verməyib. CIA və bəzi Qərb hökumətləri onun Qaşıqçının qətlini sifariş etdiyini deyiblər, lakin Səudiyyə rəsmiləri indiyə qədər qeyd ediblər ki, hadisədə şəhzadənin heç bir rolu olmayıb.

Ölüm beynəlxalq ictimaiyyəti ayağa qaldıraraq şahzadənin ad-sanına kifayət qədər xələl gətirib. Qətl hadisəsi həmçinin dünyanın ən böyük neft ixracatçısının iqtisadiyyatını şaxələndirmək planlarına zərbə endirib. O vaxtdan bəri şəhzadə ABŞ və ya Avropaya səfər etməyib.

“Hadisə mənim nəzarətimdə baş verib. Bütün məsuliyyəti öz üzərimə götürürəm, çünkü bu, mənim nəzarətim altında olub,” o, PBS –in müxbiri Martin Smitə verdiyi açıqlamada qeyd edib. Sənədli filmin 1 oktyabrda Qaşıqçının qətlinin ildönümündən az öncə efirə çıxacağı bildirilir.

İlkin imtinalardan sonra rəsmi Səudiyyə cinayətdə əməliyyatçıları günahlandırıb. Prokurorluq deyib ki, o vaxtkı kəşfiyyat rəisi hökumətin açıq-aşkar tənqidçi olan Qaşıqçının geri qaytarılmasını əmr edib, ancaq aparıcı müzakirəçi jurnalistin geri qayıtması planı uğursuzluğa uğradıqdan sonra onun öldürülməsini əmr edib.

“Reuters” xəbər verir ki, keçmiş yüksək kral müşaviri, Saud əl-Qahtani “Skype” üzərindən qətli törədənləri təlimatlandırıb.

Qətlin onun xəbəri olmadan necə baş verdiyini soruşan jurnalistə Smit şahzadə Məhəmmədin sözlərini sitat gətirib: “Bizim 20 milyon insanımız var və bizim üç milyon hökumət işçimiz var”.

Smit eyni zamanda qatillərin hökumətin şəxsi təyyarələrinin hansı səlahiyyətlə istifadə etdiyini soruşduqda bu cavabı alıb, “Mənim rəsmilərim var, nazirlər hər bir işə nəzarət edir və onlar hər bir işdə məsuliyyət daşıyırlar. Onların bunu etmək səlahiyyətləri var”.

“Washington Post”un yazarı Qaşıqçının keçən il oktyabr ayının 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna evliliyi üçün lazım olan sənədləri əldə etmək üçün getdiyi bildirilir. Bu zaman onun konsulluq binasında doğranaraq öldürüldüyü qeyd edilir. İndiyədək jurnalistin qətlində Səudiyyə krallığının əli olduğu rəsmi olaraq inkar edilib. Qaşıqçının nəşinın harada olduğu bilinmir.

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi iyunda “Reuters”-ə bildirib ki, Tramp administrasiyası Riyaddan qətlin arxasında duranların açıqlanmasında tezliklə “nəzərəçarpan irəliləyiş” tələb edib.

Keçirilmiş gizli məhkəmə prosesində 11 Səudiyyə şübhəlisi mühakimə olunub, ancaq indiyədək sadəcə bir neçə məhkəmə dinləməsi keçirilib. Bundan əlavə, BMT hesabatında şahzadə Məhəmməd və digər yüksək səviyyəli Səudiyyə rəsmilərinin istintaqa çağrılmasını istəyib.

Qətər Universitetinin Körfəz Elmləri Mərkəzinin direktoru Mahjoob Zveiri (Zweiri) deyir ki, şəhzadə Məhəmməd və onun administrasiyası Qaşıçının ölümündə minimum məsuliyyət daşıyır. “Mən bunu cinayət məsuliyyətindən çox mənəvi məsuliyyət adlandırıram,”- Zveiri “Al Jazeera”-ə deyib.

Ana səhifəDünyaSəudiyyə şəhzadəsi: Qaşıqçının qətli mənim nəzarətimdə olub