Sərt karantin rejimində vətəndaşlar ev heyvanlarını gəzdirə biləcəklər

O, Prezident Administrasiyasında 19, İşlər İdarəsinin əməkdaşları arasında 14 nəfərin COVİD-19 infeksiyasına yoluxma faktı aşkar edildiyini deyib

Source: Foto: Azərtac


Daxili uçuşlar bərpa olunacaq

Azərbaycan hökuməti növbəti həftə şənbə günü məhdudiyyətlərin tətbiq olunmamasını planlaşdırır.

Bu barədə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı iyunun 9-da keçirilən brifinqdə açıqlama verib.

O deyib ki, bazar günü vətəndaşların istirahəti üçün saxlanılsın. Ancaq növbəti həftə tətbiq olunacaq bu cür qaydalarda bazar günü təması minumuma endirmək üçün bir sıra məhdudiyyətlər tətbiq edilə bilər. Gələn həftənin qaydaları ilə bağlı əlavə məlumatlar veriləcək.

Ramin Bayramlı dövlət strukturlarında çalışanlar arasında da koronavirusa yoluxma halları olduğunu söyləyib.

O, Prezident Administrasiyasında 19, İşlər İdarəsinin əməkdaşları arasında 14 nəfərin COVİD-19 infeksiyasına yoluxma faktı aşkar edildiyini deyib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7, Fövqəladə Hallar Nazirliyinin 5 əməkdaşı infeksiyaya yoluxub”.

Tədbirdə çıxış edən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov iyunun 15-dən daxili uçuşlara başlanılacağını bildirib. Amma İbrahim Məmmədov paytaxtla digər rayonlar arasında gediş-gəliş məsələsinin gündəlikdə olmadığını əlavə edib.

İbrahim Məmmədov sərt karantin rejimində vətəndaşların ev heyvanlarını, itlərini istədikləri vaxt gəzdirə biləcəyini söyləyib:

“Amma bu sərbəstlikdən sui-istifadə olunmamalıdır”.

Ana səhifəSosialSərt karantin rejimində vətəndaşlar ev heyvanlarını gəzdirə biləcəklər