Həmçinin bir neçə gənc qələm adamı AYO üzvü oldu.
Tanınmış yazar Şərif Ağayar Azad Yazarlar Ocağının sıralarına qayıdıb. Bu barədə Meydan TV-yə xəbəri, AYO-nun keçmiş sədri Rasim Qaraca verib. O həmçinin bildirib ki, daha bir neçə qələm adamı bu gün AYO sıralarına qatılıblar. R. Qaracanın dediyinə görə gənc publisistlər Etibar Salmanlı və Kamran Su, gənc şairə Aygül Qurbanova adı çəkilən quruma üzv olublar.