Serbiyada 15 nəfərin öldüyü qəzadan sonra izdihamlı etirazlar başlayıb

Foto: Reuters

Etirazçılar qəzanı korrupsiya ilə əlaqələndirirlər

2024-cü il noyabrın 1-də Serbiyanın ikinci ən çox əhalisi olan Novi Sad şəhərinin dəmiryol vağzalında beton talvarın uçması nəticəsində 15 nəfərin ölümündən sonra ölkə boyu genişmiqyaslı etirazlar başlayıb.

Etirazçılar talvarın uçmasını infrastruktur layihələrindəki korrupsiya və səhlənkarlıqla əlaqələndirirlər.

Dekabrın 22-də tələbələr, fermerlər və həmkarlar ittifaqları üzvləri Belqradın mərkəzi meydanında Prezident Aleksandar Vuçiç hakimiyyətinə qarşı mitinqlər keçiriblər.

Mitinqdə qurbanların xatirəsi 15 dəqiqəlik sükutla yad edilib.

Ardınca isə “Əllərinizdə qan var!” şüarları ilə yürüş davam etdirilib.

Nis və Kraqujevac şəhərlərində də kiçik mitinqlər təşkil olunub.

Etirazçılar Vuçiç və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Serbiya Prezidenti Aleksandar Vuçiçin əleyhdarları onu Bəşər Əsədlə müqayisə edərək, etirazlar fonunda ölkədən qaçmağa cəhd edə biləcəyini proqnozlaşdırırlar.

Vuçiç isə dekabrın 10-da xarici kəşfiyyat orqanlarını etirazlar vasitəsilə onu devirməyə çalışmaqda ittiham edib.

O, Suriyanın devrilmiş lideri Bəşər Əsəd kimi ölkədən qaçmaq niyyətində olmadığını bildirib.

Ana səhifəDünyaSerbiyada 15 nəfərin öldüyü qəzadan sonra izdihamlı etirazlar başlayıb