“Səni şəhid anası eləsəm, necə olarsan ?” (VIDEO)

Mərsiyələr 31 iyulda şəhid olan  22 yaşlı Qaryağdı Əhmədov üçün deyilir.  O, cəbhədə müddətdən artıq hərbi xidmət çəkirmiş. Sonuncu dəfə- ölümündən 2 gün əvvəl valideynləri ilə telefonla danışıb. Deyib ki, tabeliyimdə olan əsgərləri qorumalıyam.

Şəhidin ailəsi Ağdam rayonundan köçkündür. Onlar Ağdamın Quzanlı kəndində məskunlaşıblar. Qaryağdı Əhmədov evin sonbeşiyi olub. Məzəli Əhmədova deyir ki, oğlu cəsarətli idi, heç nədən qorxmurdu.

Əsgər ölümündən 5 gün əvvəl məzuniyyətə gəlib. Anası ilə sağollaşıb cəbhəyə qayıdanda zarafatla ““2 günə səni şəhid anası eləsəm, necə olarsan?” deyib.

Ana səhifəVideo“Səni şəhid anası eləsəm, necə olarsan ?” (VIDEO)