Sənətçinin ailəsi onun ölüm səbəbilə bağlı bəyanat yayıb

Sercio Mendes. Foto: Wiki

Pianoçu bir il əvvələ qədər Paris, London və Barselonada konsert verib

Braziliyalı bəstəkar və pianoçu Sercio Mendes 83 yaşında vəfat edib.

Bu barədə “The Guardian” musiqiçinin ailəsinin bəyanatına istinadən məlumat yayıb.

Los-Ancelesdə, ailə üzvlərinin əhatəsində həyatını itirən sənətçinin ölümünə koronavirusa yoluxandan sonra yaranan sağlamlıq problemlərinin səbəb olduğu bildirilir.

“Mendes sonuncu dəfə 2023-cü ilin noyabrında “Paris, London və Barselonada tam konsert proqramı ilə çıxış edib”, – musiqiçinin ailəsi bildirib.

Sercio Mendes 1941-ci ildə Braziliyada doğulub.

Sənətçi bossa nova, fank və caz musiqi janrlarında ifa edib.

Ona braziliyalı müğənni Jorji Ben Jorun ifa etdiyi “Samba esquema novo” mahnısının yeni varinatda təqdimatı dünya şöhrəti gətirib.

Məhz Mendesin təqdim etdiyi “Mais Que Nada” dünyada populyarlaşıb.

Pianoçu cover versiyanı özünün yaratdığı “Brasil ’66” musiqi kollektivi ilə 1966-cı ildə ifa edib.

45 illik musiqi karyerası ərzində Mendes 35 studiya albomu yazdırıb.

O, 2006-cı ildə “Mas Que Nada” mahnısını növbəti dəfə cover variantını Amerikanın “The Black Eyed Peas” musiqi qrupu ilə yazdırıb.

Ana səhifəMədəniyyətSənətçinin ailəsi onun ölüm səbəbilə bağlı bəyanat yayıb