“Rəsul Cəfərovun və Arif Yunusun məhkəmə öncəsi həbs müddətinin uzadılması əsassızdır və cəza xarakteri daşıyır”
Nüfuzlu amerikalı senator, ABŞ Konqresinin Helsinki komissiyasının sədri Ben Kardin Azərbaycanda hüquq müdafiəçiləri Rəsul Cəfərovun və Arif Yunusun həbs müddətinin uzadılmasını pisləyib.
“Rəsul Cəfərovun və Arif Yunusun məhkəmə öncəsi həbs müddətinin uzadılması əsassızdır və cəza xarakteri daşıyır. Onlar dərhal və qeyd-şərtsiz azad edilməlidirlər”, – deyə Kardin Tvitterdəki mikrobloqunda yazıb.