“Əvvəllər çox yaxşı olub, sakitçilk olub. Malımızı aparıb satmışıq. İndi amma aparılb sata bilmirik, fikrə dalmışıq”.
Şəmkirin Seyfəli kəndinin sakini Kamadar Mustafayev deyir ki, artıq 10 ildir , Moskvada xirnik satışı ilə məşğul olur. Lakin 5 mindən çox azərbaycanlının çalışdığı “Pokrovski” ticarət bazasının bağlanması və kütləvi şəkildə azərbacanlıların Rusiyadan deportasiya edilməsi həm onun, həm də digər kənd sakinlərinin məhsullarının Rusiyaya göndərilməsini müşkülə çevirib:
“Soyuducuya yığırıq əlimizdə qalıb. İndi hara necə aparaq bilmirik. 1000 yeşik məhsulumuz var. Qonum-qonşununkunu yığmışıq hamısı qalıb əlimizdə”.
Başqa bir sakin isə göndərilən məhsulların gömrükdə saxlanılmasından narazılıgını bildirir:
“Biz yalnız Rusya ilə işləyirik. Xarici bazarlarda işimiz yoxdur. Göndərmişik iki gündür kamazı ordan buraxmırlar. Qalıb sərhəd buraxılış məntəqəsində. Şişburun göndərmişik o da qalıb sərhəddə. 8-9 min manatlıq maldır”.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 16 Noyabr 2013 15:28
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-semkirlilerin-rusiya-problemleri.html
Ana səhifə ▸ Video ▸