Şəmkirin icra başçısı vəzifəsindən azad edildi

2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olan Alimpaşa Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinə və Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Source: Specify Source


Alimpaşa Məmmədovun DTX tərəfindən saxlanıldığı bildirilir

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vəzifəsindən azad olunub.

Bu barədə dövlət başçısı İlham Əliyev aprelin 27-də

sərəncam

imzalayıb.

Aprelin 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi

bildirilir

.

Bu barədə Meydan TV-yə Şəmkir sakinləri məlumat veriblər.

2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olan Alimpaşa Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinə və Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Azərbaycanda icra başçılarının həbs dalğası 2020-ci ilin dekabrında Yevlaxın sabiq icra başçısı Qoca Səmədlovun həbsiylə başlayıb. DTX-nın yaydığı açıqlamalarda icra başçılarının bu vəzifədə işlədikləri dövrlərdə rayonlarda tikinti, abadlıq işlərinə büdcədən ayrılmış milyonlarla vəsaiti mənimsədiyi, vətəndaşlardan külli miqdarda rüşvət aldığı iddia olunur.

Qoca Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Ana səhifəSiyasətŞəmkirin icra başçısı vəzifəsindən azad edildi