Seçkilərə etiraz mitinqinə icazə verilmədi (yenilənib)

İcra hakimiyyəti bildirib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin I hissəsini və 9-cu maddəsinin III hissəsinin 2-ci bəndini nəzərə alaraq 16 aprel tarixdə planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun saymır.

Source: google.az

***


18.32. D


18 Hərəkatının rəhbəri Ruslan izzətli Meydan TV-yə bildirib ki, paytaxt rəhbərliyi onların müraciətinə ikinci cavab məktubu göndərib:


"Daha doğrusu, icra hakimiyyəti ilk dəfədir mitinqlə bağlı iki qərar verib və bizə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 may küçəsindəki "Neftçi" idman klubunun təlim bazasını göstərib. Biz hələ qərar verməmişik, müzakirə edəcəyik".

***


Bakı Şəhər İcra Hakimiyyəti məktubu cavablandırıb

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat, ReAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin 16 fevralda keçirmək istədikləri mitinq barədə müraciətlərinə cavab verib.

Bakı Şəhər İcra Hakimiyyəti hesab edir ki, mitinq keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 5-ci maddəsinin I hissəsinə cavab vermir:

“Eyni zamanda, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropoliteninin iş ahənginin təmin edilməsində problemlər yaradacaqdır”.

İcra hakimiyyəti bildirib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin I hissəsini və 9-cu maddəsinin III hissəsinin 2-ci bəndini nəzərə alaraq 16 aprel tarixdə planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun saymır.


Fevralın 11-də

Müsavat, ReAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müraciətdə qeyd olunub ki, 9 fevral növbədənkənar parlament seçkilərində baş verən qanun pozuntuları və seçki saxtakarlıqlarına qarşı etiraz olaraq fevralın 16-da saat 17-də metronun “28 May” stansiyasının qarşısında aksiya keçirmək niyyətindədirlər.

Partiyalar Konstitusiyanın 49-cu maddəsindən istinad edərək xatırladıblar ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarına qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri, piketlər keçirmək hüquqları var.

85122857_670993217041386_6185725596073459712_n.jpg
BŞİH-nin cavab məktubu

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

Aksiya qərarı verən Müsavat Partiyası seçkilərdə 59, ReAL 31, "Hərəkət" Seçki Bloku 16 namizədlə seçkilərdə iştirak edib.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətSeçkilərə etiraz mitinqinə icazə verilmədi (yenilənib)