Oktyarbrın 7-də Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli mətbuat konfransı keçirərək 21 günlük seçki kampanıyasının gedişi və bu müddət ərzində iqtidarın təzyiqləri, çətinliklər və qanun pozuntularından danışıb. O, əsas qanun pozuntularının seçki günündə də müşahidə ediləcəyini və artıq dövlət müəssisələrində işləyənlərə xüsusi tapşırıqların verilməsi haqda informasiyaların daxil olduğunu bildirdi.