Sarı zolaqda yalnız minik avtomobillərinin hərəkətinə icazə verildi

Yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq

Source:


Yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. BDYPİ-dən

APA

-ya verilən məlumata görə, Azərbaycan paytaxtında Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda bu gündən minik avtomobillərinin hərəkətinə icazə verilir.

BDYPİ-dən həmçinin bildirilib ki, Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq.

BDYPİ yük avtomobillərinə Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.

Ana səhifəXəbərlərSarı zolaqda yalnız minik avtomobillərinin hərəkətinə icazə verildi