Mənbə: ria.ru

Sankt-Peterburqda ukraynalı konsul saxlanıb, XİN reaksiya verib

“Baş verənlər Rusiyanın sabitliyə qarşı əməlləri fonunda növbəti provokasiyadır”

Ukraynalı konsul Aleksandr Sosonyuk Sankt-Peterburqda Rusiya vətəndaşından qapalı xarakterli məlumat alarkən saxlanılıb. Bu barədə RF FTX bəyan edib.

Sosunyukun Rusiya hüquq-mühafizə orqanları və FTX məlumat bazasından informasiya aldığı deyilir.

“Bu fəaliyyət diplomatik işçinin statusu ilə uzlaşmır və Rusiya Federasiyasına münasibətdə aşkar düşmən xarakter daşıyır. Xarici diplomata beynəlxalq hüquq normalarına uyğun tədbir görüləcək”, – xəbərdə deyilir.

Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko “Donbass xəbərləri”nə deyib ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın Sankt-Peterburqdakı baş konsulluğunun əməkdaşını bir neçə saat saxlayıb. O, artıq Ukrayna diplomatik müəssisəsinin ərazisindədir, saxlanma səbəbləri aydınlaşdırılır. Nikolenko baş verənləri “Rusiyanın sabitliyə qarşı əməlləri fonunda növbəti provokasiya” adlandırıb”.

“Yaxın günlərdə Ukrayna tərəfi mövcud təcrübə nəzərə alınmaqla göstərilmiş provokasiyaya reaksiya formasını müəyyənləşdirəcək”, – XİN spikeri əlavə edib.

Konsul Aleksandr Sosunyuk Rusiyadan geri göndəriləcək, RF XİN-dən iki mənbə “Kommersnat”a xəbər verib. “Onun persona non-qrata elan ediləcəyi, yoxsa bundan sonra ölkədə qalmasının arzuolunmazlığına dair bəyanat veriləcəyi məlum deyil”, – qəzetin həmsöhbətlərindən biri deyib.

Ukrayna XİN rəhbərinin müavini Yevgeni Yenin “Ukrayna 24” telekanalının efirində söyləyib ki, Kiyev yaxın günlərdə “onun evə qayıtması məsələsini həll edəcək”. “Diplomatımızın Rusiya hüquq-mühafizə orqanlarının ona qarşı sürdüyü ittihamlarla heç bir əlaqəsi yoxdur”, – o əlavə edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wov7ug

Ən çox baxılan