Sakin: “Çörəyin qiymətini qaldıranda bizi fikirləşiblər?”

Bu gündən başlayaraq Azərbaycanda 50 kq-lıq bir kisə un 35 manat 90 qəpik, 500 qr-lıq dairəvi çörək 50 qəpik, 650 qr-lıq çörək isə 65 qəpiyə satılır.
 Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanvarın 6-da açıqladığı məlumatda qeyd edir ki, Azərbaycan idxal etdiyi buğdanın böyük hissəsini Rusiyadan alır. Bu ölkənin 2019-cu ilə nisbətən ixrac rüsumlarını 58 faiz artırması Azərbaycanda ərzaqlıq buğdanın qiymətinin qalxmasına səbəb olub.
Azərbaycan buğdaya olan tələbatının 40 faizindən çoxunu Rusiya və Qazaxıstandan qarşılayır.
Ekspert Vahid Məhərrəmov deyir ki, buğdanın istehsalı ilə bağlı aparılan statistika gerçəkliyi əks etdirmir.  O bildirir ki, qiymət artımına səbəb buğdanın idxal rüsumlarının artırılması ilə yanaşı ölkədə enerji daşıyıcılarının qiymətinin də qalxmasıdır.
“Çörəkçilər Assosiasiyası”nın sədri Zeyqəmağa Mirzəyev deyir ki, son 6 ay müddətində hökumət dəyirman sahiblərinə subsidiya ayıraraq çörəyin qiymətini sabit saxlamağa çalışıb. Amma yanvardan artıq bu subsidiyalar dayandırılıb.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, qiymət artımından sonra onlara həm istehlakçılardan, həm də çörək istehsalçılarından şikayətlər daxil olub.
Ekspert Vahid Məhərrəmov deyir ki, Kənd Təsərrüfatı Nazirliyi ona tapşırılan işin öhdəsindən gəlmir.
Kənd TəsərrüfatıNazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyir ki, ölkədə il ərzində təxminən 2 milyon tona yaxın buğda istehsal olunur. Amma buğdaya olan tələbat 3,2 milyon tondur. O deyir ki, mövcud torpaq və su ehtiyatlarından maksimum istifadə olunur. İqlim dəyişikliyi, quraqlıq məhsuldarlığa təsir edir.
Çörəyin qiymətinin bahalaşması vətəndaşların yaşayışına necə təsir edəcək?
Çörəkçilər Assosiasiyasının sədri Zeyqəmağa Mirzəyev deyir ki, çörəyin qiyməti dövlət nəzarətindədir. İl boyunca bu sahədə yeni qiymət artımı gözlənilmir.

Ana səhifəVideoSakin: “Çörəyin qiymətini qaldıranda bizi fikirləşiblər?”