99 yaşlı şahzadənin ölüm səbəbi haqda məlumat verilməyib
İngiltərə kraliçası II Elizabetin əri, şahzadə Filip (Philip Mauntbetten) 99 yaşında vəfat edib. Bu barədə İngiltərə kral ailəsinin mətbuat xidməti “
Twitter”
də məlumat yayıb.
"Əlahəzrət bu gün səhər Windsor qalasında vəfat etdi", – deyə mətbuat xidməti qeyd edib. Onun ölüm səbəbi barədə məlumat verilməyib.
İki ay sonra, iyunun 10-da şahzadənin 100 yaşı olmalı idi.
Bu il, fevralın 16-da Filipin səhhətində problemlərin yarandığı və xəstəxanaya gətirildiyi haqda məlumatlar
yayıldı
. Xəstəxanaya yerləşdirilməsinin səbəbinin yeni bir koronavirus infeksiyası ilə əlaqəli olmayan yoluxucu xəstəlik olduğu bildirilib.
Martın 1-də Filip, xroniki ürək xəstəliyi ilə əlaqədar müayinə üçün Müqəddəs Bartolomey Xəstəxanasına köçürülüb. İki gün sonra ürəyindən əməliyyat olunduğu haqda məlumat yayılıb. Martın 16-da isə o, xəstəxanadan çıxıb.