Sahil Babayev: Pensiyalar 10 faiz artırılacaq

Deputat bununla bağlı Vətən müharibəsinin çoxminli veteranların dövlət və özəl sektorda işə götürülməsi üçün qanunvericiliyə də dəyişiklik edilməsini təklif edib.

Source:

Parlamentdə DSMF-nin növbəti il üçün büdcəsi müzakirə edilib

Cari il ərzində pensiyaların 10 faizə qədər indeksasiya edilməsi planlaşdırılır.

“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu barədə məlumat verib.

Onun sözlərinə görə, gələn il üçün pensiyaların orta məbləği 338 manat, yaşa görə pensiyanın məbləği isə 370 manat olacaq:

“2019-cu illə müqayisədə 2020-ci ildə pensiyaya 700 milyon manat, müavinətlərə 300 milyon manat çox vəsait ayrılıb. Pensiya və müavinət sistemində islahatlar barədə təkliflər də hazırlanıb, müzakirənizə təqdim ediləcək”.

O qeyd edib ki, gələn il Özünəməşğulluq Proqramı 16 mindən çox ailəni əhatə edəcək.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib ki, uzun müddət aliment ala bilməyən analar var və onların məşğulluq məsələsinə önəm verilməlidir:

“Bu səbəbdən aliment fondunun yaradılması vacib məsələdir. İnanırıq ki, bir gün bu məsələyə də baxılacaq”.

Deputat Fəzail Ağamalı bildirib ki, Vətən müharibəsinin çoxminli veteranları olacaq və onların işlə təmin edilməsi üçün ciddi proqram hazırlanmalıdır:

“Bu ağır yükü reallaşdırmaq üçün Əmək və Sosial Müdafiə Nazirliyi xüsusi proqramın hazırlanması təşəbbüsü ilə çıxış etməli və bunun üçün vəsait ayrılmasına nail olmalıdır”.

414641113.jpg
Fəzail Ağamalı

Deputat bununla bağlı Vətən müharibəsinin çoxminli veteranların dövlət və özəl sektorda işə götürülməsi üçün qanunvericiliyə də dəyişiklik edilməsini təklif edib.

F.Ağamalı vurğulayıb ki, müharibədə iştirak edənlərin və şəhid ailələrinin bəzilərinin ağır durumda olması barədə KİV-də məlumatlara rast gəlinir və bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır.

Dövlət Sosial Müdafiəsi Fondunun dövlət büdcəsində gələn il üçün gəlir və xərcləri bərabər olaraq 5 milyard 146 milyon manat məbləğində proqnozlaşdırılır. DSMF büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 1 milyard 631,5 milyon manat ayrılıb. Bu, da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.

Ana səhifəSosialSahil Babayev: Pensiyalar 10 faiz artırılacaq