Sağ ayağı ilə şəkil çəkən rəssam

Əlini işlədə bilməyən Samirə ayağı ilə rəsm çəkməyə başlayıb.
Anadangəlmə serebral iflic diaqnozu qoyulan Samirə nə danışa, nə gəzə, nə də əlini işlədə bilir. O, özünü ayaqları ilə çəkdiyi rəsmlərdə ifadə edir
Samirə nə orta məktəb, nə də rəsm təhsili alıb.
Uşaqlığında özünəqapanıq, küçəyə-bacaya çıxmaz olub, ta ki ilk sərgisinə qatılana qədər . Samirə 1997-ci ildə Əlillərin III Ümumrespublika Sərgisinə dəvət alıb.
41 yaşlı Samirə 50-dən çox sərgidə iştirak edib, rəsmlərini satıb.
Atası deyir ki, Samirənin işləmək üçün ayrıca otağı olsaydı, daha məhsuldar olardı. O, yaşadığı binada eyvan tikib Samirə üçün otaq düzəltmək istəyir.
Valideyn deputat Qənirə Paşayeva ilə görüşəndə bu istəyinə ona çatdırıb. Deputat Nəsimi rayon icra Hakimiyyətinin başçısı ilə danışaraq, valideynə bunun üçün icazə verilməsini xahiş edib.
Rəsmi şəxslərdən onlara verilən sözlər adətən tutulmayıb.
Samirə üçün rəsm müəllimi tutmaq, onun nitqini açmaq üçün müalicəyə göndərməklə bağlı sözlər də icra olunmayıb.
Atası deyir, qızının həvəsi olanda gündə 4-5 saat rəsm çəkir. Bəzən isə özünə qapanıb rəsmlərini kənara qoyur. Onu həvəsə gətirən başqalarının onun işlərinə diqqət göstərməsidir.

Ana səhifəVideoSağ ayağı ilə şəkil çəkən rəssam