“Buro247.az” saytı “Dəb ikonu” rubrikasında İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva bacılarının Yeni il qarderobundan bəhs edir. Qeyd edək ki, sayt prezident qızlarının xalası qızı Ülviyyə Rəhmanovaya məxsusdur. Meydan TV prezident qızlarının geyimlərinin qiymətini araşdırıb:
“Leyla və Arzu Əliyeva bacıları təkcə xarici gözəlliyin deyil, müdriklik, şarm və individuallığın da genetik səviyyədə ötürüldüyünün parlaq sübutudurlar. Onlar dövlət tədbirləri, xeyriyyə gecələri və kübar ziyafətlərin ən istəkli qonaqlarıdırlar”. – “Büro 24/7” yazır.
“Fəal ictimai fəaliyyətlə məşğul olmaqla bərabər, Əliyeva bacıları zövqlü geyimləri ilə də fərqlənməyi bacarırlar. Gözəlliklərinin əsas sirri — sehrli təbəssümləridir”. – “Büro 24/7” yazır.
“Sadə saç düzümünə üstünlük verən Əliyevalar makiyajda əsasən, gözləri vurğulayırlar”. – “Büro 24/7” yazır.
Sayt qeyd edir ki, “Onlar geyim üslublarında şərq motivlərini qərb tendensiyaları ilə uyğunlaşdıraraq, əsl şahzadə obrazı yaradırlar”.
Və ən sonda Amerika Birləşmiş Ştatları Barak Obamanın xanımı, Mişel Obamanın geyimi ilə müqayisəni sayt izləyicilərinin ixtiyarına buraxırıq.