Sabir Rüstəmxanlı qardaşı və oğlu haqqında xəbərlərə aydınlıq gətirib

“Qardaşım xaricə qaçmayıb, oğlumun qrup rəhbəri təyin olunması isə xaricdə təhsil alması, bir neçə dil bilməsidir”

Source:


“Qarda


şı


m xaric


ə


qa


ç


may


ı


b, o


ğ


lumun qrup r


ə


hb


ə


ri t


ə


yin olunmas


ı isə


xaricd


ə


t


ə


hsil almas


ı


, bir ne


çə


dil bilm


ə


sidir”

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin Almaniyaya mühacirət etməsi barədə məlumatlara onun qardaşı, VHP sədri, şair, deputat Sabir Rüstəmxanlıdan reaksiya gəlib.

O, “Turan İA”-a qardaşı Əlövsət Əliyevin xarici ölkəyə qaçması ilə bağlı xəbərləri əsassız sayıb.

Şairin sözlərinə görə, qardaşı hazırda Almaniyadadır. Qardaşının bu ölkəyə getməsnə səbəb isə oğlunun bu ölkədə yaşaması və nəvəsinin dünyaya gəlməsidir.  “Əlövsət bu yaxınlarda ölkəyə qayıdacaq” – deyə S.Rüstəmxanli duruma aydınlıq gətirib.

Deputat qardaşının ölkədən qaçması haqda xəbərləri yaymaqda maraqlı qüvvələrin olduğunu nəzərə çatdırıb.

Eyni zamanda S.Rüstəmxanlı oğlu Cəmil Rüstəmxanlının “Azəryolservis”də vəzifə alması ilə bağlı məsələyə də münasibətini bildirib. O, oğlunun beynəlxalq bölmədə bir neçə ildir ki, çalışdığını deyib. Cəmilin bu bölmədə qrup rəhbəri təyin olunmasına səbəb kimi xaricdə təhsil alması, bir neçə dil bilməsi kimi keyfiyyətləri göstərilib.


“Onsuz da qohum-əqrəbadakı gənclərin çoxu işsizdir, yəni S.Rüstəmxanlının övladının işləməsi sensasiyadırmı?” – şair fikrini bu sözlərlə yekinlaşdırıb.

Ana səhifəXəbərlərSabir Rüstəmxanlı qardaşı və oğlu haqqında xəbərlərə aydınlıq gətirib