Sabiq Qırğızıstan Prezidenti Atambayev mühakimə edilə bilər

Yeni qanun qüvvəyə minib

Source: Meydan TV


Yeni qanun qüvvəyə minib

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev müxalif Sosial Demokrat Partiyasının (SDPK) rəhbərliyindən getdikdən iki gün sonra Qırğızıstanın keçmiş dövlət başçılarının cinayət məsuliyyətinə cəlb oluna biləcəyi ilə bağlı qanunvericilik qüvvəyə minib, – Azadlıq Radiosu xəbər verir.

Mayın 27-də qüvvəyə minən qanunu mayın ortalarında Prezident Sooronbay Jeenbekov təsdiqləyib. Qanun Atambayevin vəzifəsdə olduğu müddətdə qəbul etdiyi qərarlarla bağlı istintaq aparılmasını tələb edir.

Yeni qanun keçmiş prezidentlər üçün toxunulmazlıq hüququnu qoruyur, ancaq eyni zamanda qeyd edir ki, mühakimə onların keçmiş prezidentlik statusunu itirdikləri halda mümkünlük qazanır.

Apreldə millət vəkilləri tərəfindən yekun razılıq verilmiş qanun mətninə görə, Baş Prokurorluq tərəfindən keçmiş prezidentlər "xüsusilə ağır cinayətlərdə" şübhəli bilinirsə, parlament onların köhnə dövlət başçısı statusunu ləğv edə bilər.

Qanun hələ də "xüsusilə ağır cinayət"-in nə olduğunu müəyyənləşdirməyib.

Mayın 25-də Atambayev SDPK-nın iclasında partiyanın rəhbərliyindən istefa verdiyini açıqlayıb. Ondan sonra onun müavini Asel Koduranova partiyanın yeni sədri seçilib.

Sosial Demokratlar 2017-ci ilin oktyabrında SDPK namizədi olaraq seçilmiş Jeenbekov və Atambayev arasında yaranan gərginlikdən sonra partiyanın üzvləri "Atambayevsiz SDPK" kampaniyasını başladıblar və partiya artıq bir ildir ki, böhrandadır.

Qanuna görə, Jeenbekov prezident kimi and içdikdən sonra SDPK-yə üzvlüyünü dayandırıb.

Mart ayında Atambayev Jeenbekovu hakimiyyətə gətirməyə yardım etdiyi üçün ictimaiyyətdən üzr istəyib. O, Jeenbekovu avtokrat adlandırıb.

SDPK nümayəndəsi Kunduz Joldubaeva 27 mayda jurnalistlərə bildirib ki, Atambayev siyasətdə qalmağa davam edəcək.

Bir ildən artıqdır ki, hər iki siyasətçi, bir zamanlar yaxın müttəfiq olsalar belə, bir-birilərini ictimai şəkildə tənqid edirlər. Bu müddət ərzində Atambayevin bir neçə əməkdaşı korrupsiya ittihamlarına görə həbs edilib.

Ana səhifəDünyaSabiq Qırğızıstan Prezidenti Atambayev mühakimə edilə bilər