Sabah Xədicə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq

O, ittihamı qəbul etmir və həbsini peşə fəaliyyəti ilə izah edir

Source:


O,  ittihamı qəbul etmir və  həbsini peşə fəaliyyəti ilə izah edir

Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə  Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovanın  apellyasiya şikayətinə  baxılacaq.

Apellyasiya şikayəti  Səbayel Rayon Məhkəməsinin onun barəsində çıxardığı 2 aylıq həbs qətimkan tədbirindən verilib.

X. İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb. O, jurnalist  Tural Mustafayevin  ərizəsi əsasında həbs olunub.

X.İsmayılova ittihamı qəbul etmir və  həbsini peşə fəaliyyəti ilə izah edir.

Ana səhifə ▸ Xəbərlər ▸ Sabah Xədicə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq