Şəmşad Ağanın ailə üzvünün yas yerinə buraxılmasına imkan verilməyib

Şəmşad Ağa. İllüstrasiya: Meydan TV

Bu gün, oktyabrın 14-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş, arqument.az saytının baş redaktoru Şəmşad Ağanın (Ağayev) həbsdən  ailə üzvünün – qardaşı qızının yas yerinə buraxılması ilə bağlı verilmiş vəsatətinə baxılıb.

Şəmşad Ağa fevralın 5-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub.

Hakim vəsatəti təmin etməyib.

Yaxınlarının Meydan TV-yə verdiyi açıqlamaya görə, Şəmşad Ağanın konvoy müşayiəti ilə bir neçə saatlıq ailəsi ilə görüşməsi üçün müraciət edilmişdi.

Ana səhifəSiyasətŞəmşad Ağanın ailə üzvünün yas yerinə buraxılmasına imkan verilməyib