Hadisədə həlak olan və yaralananlar var
Ryazan vilayətindəki barıt zavodunda baş vermiş yanğın zamanı 16 nəfər həlak olub, 10 nəfər yaralanıb,- FHN-nin mətbuat xidməti TACC-a xəbər verib.
“İlkin olaraq 17 nəfər zərər çəkib, onlardan 7-si ölüb, 1-i xəstəxanaya yerləşdirilib, 9 nəfərin taleyi naməlumdur”, – FHN-də deyiblər.
Bölgənin FHN-dəki mənbəsi 7 nəfərin həlak olduğunu, 15 nəfərinsə zərər çəkdiyini xəbər verib.
“Səhiyyə Nazirliyi 5 nəfərin həlak olduğunu təsdiqləyir. Daha 10 nəfər axtarılır. 1 nəfər güclü yanıq yaraları ilə Lesnovski xəstəxanasındadır”, – vilayət hökumətinin mətbuat xidmətində deyiblər.
Rayon təcili yardım stansiyası hadisə yerinə 2 briqada tibb işçisi göndərilidiyini xəbər verib.
Şilovsk rayon administrasiyası rəhbəri Vladimir Lukansovun məlumatına görə, yanğın zamanı sexdə 17 nəfər olub. Hökumət həm də 5 nəfərin həlak olduğunu təsdiqləyib.
TACC-ın mənbəsinin
məlumat
ına görə, 9 itkin düşmüş adam ilkin olaraq həlak olmuş sayılır.
Dəqiqləşdirilmiş məlumata görə, hadisə yerinə yanğınsöndürənlər gələndə barıt saxlanılan 304 nömrəli birmərtəbəli sex yanıb.
FHN-nin məlumatına görə, saat 08.22-də Şilovsk rayonunun Lesnoye qəsəbəsində yanğın baş verməsi barədə informasiya daxil olub. Texnoloji prosesin pozulması nəticəsində “Elastik” zavodunun sexlərindən birinin ərazisi yanmağa başlayıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.
Rayon administrasiyasının rəhbəri Lukansov əlavə edib ki, zavod yaşayış məntəqəsindən 2 kilometr uzaqda yerləşir.
Müdafiə sənaye kompleksindəki mənbənin məlumatına görə, yanğın hazırda işləməyən “Elastik” zavodunun ərazisində fəaliyyət göstərən özəl şirkətin meydançasında baş verib.
TACC-dakı mənbənin məlumatına görə, yanğın 160 kv.m sahəyə yayılıb. Daha sonra yanğının söndürülməsini elan ediblər.
“160 kv.m sahəni əhatə edən yanğın Moskva vaxtı ilə 09.31-də söndürülüb”, – agentliyin həmsöhbəti deyib.
Mənbənin verdiyi məlumata görə, sexin binası dağılıb, ayrı-ayrı konstruksiyalar qalıb, lakin içəridə hər şey yanıb.