Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb

Bildirilib ki, ötən ilin dekabrın 29-da Aleksey Navalnı haqqında axtarış elan olunub.

Source: Specify Source


Müxalifət liderini qarşılamağa çıxan tərəfdarlarının da saxlanıldığı bildirilir

Rusiyalı bloger Aleksey Navalnı yanvarın 17-də həbs olunub.

Aleksey Navalnı Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” hava limanında saxlanılıb.

Bu barədə Lenta.ru Rusiya Federal Penitensiar Xidmətinə istinadən

məlumat

yayıb.

Bildirilib ki, ötən ilin dekabrın 29-da Aleksey Navalnı haqqında axtarış elan olunub.

A.Navalnının məhkəmənin qərar çıxarana qədər həbsdə olacağı qeyd olunub.

Ötən ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən Rusiyalı müxalifətçi

Aleksey Navalnı

Almaniyaya aparılmışdı.

Ana səhifəDünyaRusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb