Ukraynalı teleaparıcıya Rusiyaya giriş 50 il qadağan edilib
Ukraynalı bloger və teleaparıcı Anton Ptuşkinin növbəti 50 il ərzində Rusiyaya girişinə qadağa qoyulduğu deyilir.
Qadağanın 2072-ci ilə qədər olacağı bildirilir.
Buna səbəb Ukraynada hərbi əməliyyatları tənqidi etməsi olub.
Xəbəri nə Ptuşkin, nə də Rusiya hüquq-mühafizə orqanları xəbəri şərh ediblər.
Anton Ptuşkin “Oryol i reşka” verilişinin aparıcılarından biri olub.
Hazırda o, “YouTube”da səyahət vloqu hazırlayır.
Kanalın 5,5 milyondan çox abunəçisi var.
Peskov: “Top Ukrayna tərəfdədir, biz cavab gözləyirik”
“Rusiya nizamlanma sənədi layihəsini Ukraynaya verib, lakin Kiyev reaksiya verməyə tələsmir”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi əvvəllər razılaşdırılmış mövqelərdən daim uzaqlaşır: “Onları daim dəyişir və bu, danışıqların effektivliyinə mənfi təsir göstərir”.
“Bizim sənəd layihəsi Ukrayna tərəfinə təhvil verilib, orada tamamilə aydın ifadələr işlənib. Top onların tərəfindədir. Biz cavab gözləyirik”, – detə Peskov əlavə edib.
Mətbuat katibi vurğulayıb ki, Moskva dəfələrlə Kiyevin həll yolunun işlənib hazırlanmasını sürətləndirmək istəmədiyini qeyd edib: “İndi ukraynalılar danışıqlar prosesini intensivləşdirməyə böyük meyl göstərmirlər”.
Bir neçə gün əvvəl Ukrayna danışıqlar qrupunun üzvü Mixail Podolyak Rusiya ilə danışıqların faktiki olaraq dondurulduğunu etiraf etmişdi.
O, birbaşa danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyini proqnozlaşdıra bilmədiyini bildirmişdi.
Ukrayna müharibəsi “Netflix”ə baha başa gəlib
“Netflix” Ukraynada hərbi münaqişə başlayandan sonra Rusiya bazarını tərk etdiyi üçün 700 min abunəçisini itirib.
Yayım xidmətinin hesabatında bildirilir ki, 10 ildən artıq müddətdə ilk dəfə abunəçilərin sayında ciddi azalma olub.
Şirkət həm də 2022-ci ilin birinci rübündə inflyasiya və bazardakı rəqabət səbəbindən 200 min abunəçisini itirib.
Yayım xidmətinin səhmləri 25% ucuzlaşıb, bazar kapitallaşması isə təxminən 40 milyard dollar azalıb.
“Netflix” Ukraynada müharibə başlayandan sonra Rusiya telekanallarını yayımlamaqdan imtina edib.
Həmçinin orijinal rus serialları üzərində işbirliyini dayandırıb.
Olaf Şolz Putinə səsləndi: “Bu dəhşətli müharibəni dayandırın”
“Aprelin 20-də NATO ölkələri və tərəfdaşları Ağ Evlə videokonfrans zamanı Rusiya ordusunun Ukraynada qələbə qazanmasına imkan verməmək barədə razılığa gəliblər”.
Bu açıqlamanı Almaniya kansleri Olaf Şolz səsləndirib.
Xəbəri “Amerikanın səsi” yayıb.
Bildirilir ki, videokonfransda Şolzla yanaşı, ABŞ, Polşa, Fransa, Rumıniya prezidentləri, Böyük Britaniya, Yaponiya və İtaliyanın baş nazirləri, eləcə də digər rəsmi şəxslər, o cümlədən Avropa İttifaqının liderləri iştirak ediblər.
“Aİ və NATO-dakı tərəfdaşlarımızla birlikdə Rusiyanın bu müharibədə qalib gəlməməsi fikrində tamamilə yekdilik”, – Şolz bildirib.
Kansler birbaşa Rusiya Prezidenti Vladimir Putinə müraciət edib: “Ukrayna şəhərlərinin atəşə tutulmasını dayandırın. İcazə verin, dərhal atəşkəs yaradaq və əsgərlərinizi geri çəkin. Bu dəhşətli müharibəni dayandırın”.
Olaf Şolz Rusiyanın Ukraynadakı hərəkətlərini “mənasız müharibə” və “beynəlxalq hüququn açıq şəkildə pozulması” adlandırıb.
“Müharibə başlayandan 5 milyona yaxın ukraynalı qaçqın düşüb”
“Rusiyanın Ukraynaya işğalçılıq savaşı başlayandan ukraynalı qaçqınların sayı beş milyona yaxınlaşır”.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Baş katib hər iki tərəfi “Pasxa barışığı”na çağırıb.
“Mən rusları və ukraynalıları atəşi dayandırmağa və həyatı təhlükə altında olan bir çox insanın təhlükəsizliyini təmin etməyə çağırıram. Pasxa bayramının dörd günü insanların həyatını xilas etmək və bu ölkədə iztirablara son qoymaq üçün gələcək dialoq naminə birlik anı olmalıdır”, – deyə Antonio Quterreş söyləyib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.