Rusiyanın Naxçıvan sərhəddində vurulan helikopteri ilə bağlı cinayət işi açıldı

“Hərbi hissənin hərbi qulluqçuları dindirilib, zəruri olan sənədlər götürülüb

Source: Спутник



"Hərbi hissənin hərbi qulluqçuları dindirilib, zəruri olan sənədlər götürülüb


"

Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterin vurulmasına görə cinayət işi açılıb.

Helikopter noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində vurulub.

Helikopterin içindəki iki hərbi qulluqçu həlak olub, bir nəfər isə yaralanıb.

Məlumatı Azərbaycan Respublikasının Baş Prokurorlu yayıb.

Cinayət işi Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə açılıb.

İstintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib: “Cinayət işi üzrə hərbi mütəxəssislərin iştirakı ilə raketin atıldığı qurğuya, habelə informasiya sistemlərinə baxış keçirilib, raketin atıldığı hərbi hissənin hərbi qulluqçuları dindirilib, zəruri olan sənədlər götürülüb və digər lazımi istintaq hərəkətləri həyata keçirilib”, – məlumatda deyilir.

Prokurorluq bildirir ki, təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam edir.

Noyabrın 9-u, saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus Mi-24 hərbi helikopteri vurulub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı açıqlama verib.

Bildirib ki, helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib:

“Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib. Təsadüfi xarakter daşıyan və Rusiyaya qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirir", – XİN məlumatında bildirilir.

Azərbaycan tərəfi ölənlərin və yaralanan hərbçinin ailəsinə müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu da bildirib.

Ana səhifəSosialRusiyanın Naxçıvan sərhəddində vurulan helikopteri ilə bağlı cinayət işi açıldı