Rusiyanın Kiyevə kütləvi hava hücumuna başladığı bildirilir

Kiyev. Foto: Reuters

Bir nəfərin öldüyü, dörd nəfərin yaralandığı açıqlanıb

Rusiyanın Ukraynaya kütləvi hava hücumu təşkil etdiyi bildirilir.

“Reuters” yazır ki, Kiyevə son 24 saat ərzində üçüncü hava hücumu nəticəsində azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Kiyev hərbi administrasiyasının rəhbəri Serhiy Popko “Telegram” kanalında hücumların kütləvi olduğunu bildirib:

Hücum kütləvi idi, müxtəlif istiqamətlərdən, bir neçə dalğada olub“.

Bunun may ayında Ukraynanın paytaxtına ikinci ölümcül hücum olduğu bildirilir.

Qeyd edilir ki, pilotsuz təyyarənin dağıntılarının hündürmərtəbəli yaşayış binasına düşməsi nəticəsində bir nəfər həlak olub və yanğın baş verib.

Holosiivski rayonunda binanın iki üst mərtəbəsi dağılıb, təcili yardım xidmətləri dağıntılar altında olan insanların axtarışını davam etdirir.

Kiyevin meri Vitali Kliçko 4 nəfərin yaralandığını, 20 nəfərin təxliyə edildiyini bildirib.

Kiyev rəsmisi bildirib ki, Rusiya may ayında insanlarda psixoloji gərginlik yaratmaq üçün əsasən gecə saatlarında pilotsuz təyyarələr və raketlərin kombinasiyasından istifadə etməklə Ukraynanın paytaxtına silsilə hücumlar təşkil edib.

Kiyev hərbi administrasiyasının məlumatına görə, mayın 30-da həyata keçirilən hücumlar yalnız İran istehsalı olan “Şahed” pilotsuz təyyarələri ilə baş tutub.

Moskva Kiyevə hava hücumu ilə bağlı açıqlama verilməyib.

“Düşmən paytaxta hücumlarını davam etdirir. Bu gecə şəhərin bir çox bölgələrində partlayış səsləri gəlib”, – Kliçko deyib.

Dağılan dağıntılar Kiyevin cənub-qərbindəki Holosiivski rayonu ilə yanaşı, tarixi Podil və Peçerski məhəllələri və Svyatoşin rayonu da daxil olmaqla bir neçə rayonu vurub.

Rəsmilərin sözlərinə görə, dəymiş ziyanın tam həcmi hələ də dəqiqləşdirilir.

Ana səhifəDünyaRusiyanın Kiyevə kütləvi hava hücumuna başladığı bildirilir