Rusiyanın 14 sualtı qayıqçısı həlak olub

Müdafiə naziri Sergey Şoyqu ilə görüşdə Rusiya prezidenti Vladimir Putin deyib ki, “biz bu aparatın qeyri-adi olduğunu bilirik və ekipaj da peşəkarlardan ibarət olub”.

Source: Foto: Forbes.ru


Həlak olanlar arasında Rusiyanın iki qəhrəmanı var

Barents dənizində sualtı aparatda yanğın nəticəsində Rusiyanın 14 sualtı qayıqçısı həlak olub.

Bu ölkənin

mətbuatı

nın yazdığına görə, bu Rusiyada son 11 il ərzində həlak olanların sayına görə hərbi gəmilərdə baş verən ən böyük hadisədir.

Hadisə bazar ertəsi baş versə də, Müdafiə Nazirliyi bir gün sonra onu etiraf edib. Həlak olanlar arasında yeddi nəfər Birinci dərəcəli kapitan, iki nəfər Rusiyanın qəhrəmanı olub.

Dənizçilər dərinliyin ölçülməsi işlərini aparıblar.

Müdafiə naziri Sergey Şoyqu ilə görüşdə Rusiya prezidenti Vladimir Putin deyib ki, “biz bu aparatın qeyri-adi olduğunu bilirik və ekipaj da peşəkarlardan ibarət olub”.

Ana səhifəDünyaRusiyanın 14 sualtı qayıqçısı həlak olub